BAKI, 25 may. TELEQRAF

Rumıniyadan havaya qalxan ABŞ-yə məxsus "Boeing C-17A Globemaster III" hərbi-nəqliyyat təyyarəsi Avropa səmasında qəza siqnalı göndərib.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi Avropa İttifaqının aviadispetçer dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, təyyarə Çexiya hava məkanında olarkən qəza siqnalı verib.

Bununla belə, siqnalın hansı səbəbdən göndərildiyi açıqlanmayıb.

Bildirilir ki, təxminən 20 ildir istismarda olan təyyarə hazırda Almaniya istiqamətində uçuşunu davam etdirir və hələlik hündürlüyünü azaltmayıb. Təyyarənin uçuş yüksəkliyi təxminən 10,3 kilometr səviyyəsində qalır.

Mənbə ehtimal edir ki, təyyarə Almaniyadakı Ramştayn aviabazasında eniş edəcək.