BAKI, 16 may. TELEQRAF

Türkiyədə İŞİD terror təşkilatının üzvü saxlanılıb.

Teleqraf Türkiyə mediasına istinadən xəbər verir ki, qanunsuz miqrant kimi saxlanılan İraq vətəndaşının İŞİD üzvü olduğu müəyyən edilib.

İraq məhkəmə orqanlarının tələbi ilə saxlanılan şəxs İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olub.

Şübhəli məhkəmə tərəfindən "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə həbs edilib.