BAKI, 13 iyul. TELEQRAF

Azərbaycan Fransa ilə münasibətləri normallaşdırmağa çalışır.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.

Prezident qeyd edib ki, dövlətlərarası münasibətlər suveren bərabərlik prinsipinə əsaslanmalıdır:

"Bir suveren ölkə ilə digər suveren ölkə bərabərdir. Heç bir dövlət digərinə hər hansı məsələdə diktə edə bilməz. Narahatlığını ifadə etmək olar, lakin diktə etmək olmaz".