BAKI, 8 iyul. TELEQRAF
Britaniya şirkətləri Azərbaycan üçün etibarlı tərəfdaşdırlar.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman sosial şəbəkə hesabında paylaşım edib.
"Britaniya şirkətləri Azərbaycan üçün etibarlı tərəfdaşdırlar. Onların gətirdikləri investisiya, təcrübə və innovasiya iqtisadi artımı, inkişafı və müasir infrastrukturu dəstəkləyir", - o vurğulayıb.
D. Norman "JCB" şirkətinin mühəndislik sahəsindəki fəaliyyəti ilə yaxından tanış olduğunu bildirərək, bu təcrübənin onun üçün maraqlı olduğunu qeyd edib.