BAKI, 26 iyun. TELEQRAF
Türkiyənin Azərbaycandakı Səfirliyi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
Teleqraf xəbər verir ki, bununla bağlı səfirliyin "X" platformasında paylaşım edilib.
"Qardaş Azərbaycanın 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq", - deyə məlumatda qeyd olunub.