BAKI, 15 iyun. TELEQRAF

Azərbaycanla Maldiv arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi tamam olur.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.

"Bu gün Azərbaycanla Maldiv arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümüdür. Biz ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə sadiq qalırıq. Azərbaycan-Maldiv diplomatik münasibətlərinin 20 illiyi mübarək",- paylaşımda qeyd edilib.