BAKI, 15 iyun. TELEQRAF
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
"Qardaşlığımız daimidir! Can Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edir, dost və qardaş ölkə Azərbaycan xalqına salam və məhəbbətimizi çatdırırıq. "Bir millət, iki dövlət" anlayışı ilə könül bağlarımızı gücləndirməyə və hər bir şəraitdə yan-yana durmağa davam edəcəyik",- paylaşımda bildirilib.