BAKI, 15 iyun. TELEQRAF

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan hökumətini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında paylaşım edilib.

"15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimizi çatdırır, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirik. Bu əlamətdar gün milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir",- paylaşımda bildirilib.