BAKI, 5 iyun. TELEQRAF
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində "SputnikLive" kanalına açıqlamasında bildirib.
"Biz Qara dəniz və hətta Aralıq dənizi akvatoriyalarında dinc mülki gəmilərə kimlərin hücum etdiyini yaxşı bilirik", - o qeyd edib.