BAKI, 28 may. TELEQRAF

Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

"Can Azərbaycanın Müstəqillik Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu anlamlı gündə Can Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla yad edir, qardaş Azərbaycan xalqını məhəbbətlə salamlayıram.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan lideri İlham Əliyevin ortaya qoyduğu güclü liderlik və sarsılmaz həmrəylik sayəsində iki ölkə arasındakı strateji əməkdaşlıq regional sülh və sabitlik naminə mühüm nümunə olmaqda davam edir. "Bir millət, iki dövlət" anlayışı ilə qardaşlığımız daimi olsun",- o qeyd edib.