BAKI, 28 may. TELEQRAF
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
"Can Azərbaycanın Müstəqillik Gününü ən səmimi duyğularımla təbrik edirəm. Eyni millətin iki dövləti olaraq, tarix boyu olduğu kimi bu gün də sevincli və kədərli günlərimizdə birik, bərabərik. Qardaşlığımızın hər zaman güclü və əbədi olması arzusu ilə qardaşlarımı məhəbbətlə salamlayıram",- Fuad Oktay vurğulayıb.