BAKI, 28 may. TELEQRAF

Litva Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

"Azərbaycanın Müstəqillik Günü münasibətilə Litva Azərbaycan xalqına səmimi təbriklərini çatdırır. Biz Azərbaycanla tərəfdaşlığımıza dəyər verir, gələcək illərdə ölkəyə davamlı sülh, sabitlik və iqtisadi rifah arzulayırıq",- təbrikdə bildirilib.