BAKI, 12 mart. TELEQRAF

"Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq".

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

"Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur", - dövlət başçısı qeyd edib.

Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlət başçısı vurğulayıb: “Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.