BAKI, 18 fevral. TELEQRAF
Müasir dövrdə böyük güclər arasında dərinləşən rəqabət və təchizat zəncirindəki fasilələr region ölkələri üçün yeni strateji reallıqlar yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
F.Şəfiyev vurğulayıb ki, Azərbaycanın son altı ildə yürütdüyü balanslı xarici siyasət nəticəsində ölkəmiz həm Asiya, həm də Qərb tərəfdaşları ilə konstruktiv dialoqunu möhkəmləndirib:
“Cənubi Qafqaz və Mərkəzi Asiya artıq qlobal siyasi dairələrdə vahid strateji məkan kimi qəbul edilir. Yeni təklif olunan C6 formatı (Azərbaycan və 5 Mərkəzi Asiya ölkəsi) regionun nəqliyyat, logistika və enerji imkanlarını birləşdirərək daha müstəqil fəaliyyət platformasına çevriləcək”.