BAKI, 11 fevral. TELEQRAF

Bu gün ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı.