BAKI, 11 fevral. TELEQRAF

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens fevralın 11-də həyat yoldaşı Uşa Venslə birlikdə Şəhidlər xiyabanını ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq sosial media hesabında paylaşım edib.

Vens cütlüyü Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.