BAKI, 5 fevral. TELEQRAF
"Çin ilə qurulan hərtərəfli strateji tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Global Times"a müsahibəsində bildirib.
Nazir qeyd edib ki, 2025-ci ildə imzalanmış Birgə Bəyannamə ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub:
"Bu tərəfdaşlığın əsas sütunlarını ölkə liderləri arasındakı qarşılıqlı siyasi inam, iqtisadi əməkdaşlıq və Orta Dəhliz layihəsinin Çinin qlobal təşəbbüsləri ilə uyğunlaşdırılması təşkil edir. Azərbaycan Çini mühüm iqtisadi tərəfdaş kimi görür və bərpa olunan enerji, yaşıl texnologiyalar və rəqəmsal transformasiya sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlıdır", - nazir vurğulayıb.