BAKI, 26 yanvar. TELEQRAF
"İsrail Azərbaycana investisiya yatırmaq istəyir".
Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirib.
“Bunun üçün imkanların olduğunu bilirik. Azərbaycan müasir ölkədir və bizim münasibətlərimiz buna imkan yaradır. Məhz buna görə biz Azərbaycana böyük nümayəndə heyəti ilə gəlmişik. Heyətin tərkibində təkcə İsrailin İqtisadiyyat Nazirliyindən 40-dan çox şəxs var. Eyni zamanda ölkələrimiz arasında turist axını artıq artıb və biz bu göstəricinin 2026-cı ildə daha da artacağını gözləyirik ”, - o qeyd edib.