BAKI, 20 yanvar. TELEQRAF
İsrailin Azərbaycandakı səfirliyi sosial mediada 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda tarixi hadisə Azərbaycanın həm faciə, həm də cəsarət günü kimi xarakterizə edilib.
“20 Yanvar 1990-cı il Azərbaycanın tarixində həm faciə, həm də cəsarət günü kimi əbədi həkk olunub - qan və dirənişlə yoğrulmuş bir oyanış. Tankların kölgəsi altında xalqın iradəsi sınmadı, azadlıq andına çevrildi. Zaman keçir, amma dərs qalır, zülm müvəqqətidir, xalqın ruhu isə əbədidir. Biz gələcək naminə canlarını fəda edənləri anır, onların fədakarlığından güc alaraq gələcək nəsillər üçün sülh və harmoniya qururuq”, - səfirlik bildirib.
