BAKI, 19 yanvar. TELEQRAF

"2020-ci ildə Azərbaycan əraziləri azad edilərək şəhidlərin arzuları yerinə yetirildi".

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 1990-cı il yanvarın 20-də müstəqil Azərbaycan dövlətinin qurulması üçün yüzlərlə insan canından keçib.

Diplomat, həmçinin, Azərbaycan-Türkiyə qardaşlığının daim olmasını dilədiyini söyləyib:

"Türkiyə həmişə Azərbaycanın yanında olub və olmağa da davam edəcək".