BAKI, 26 dekabr. TELEQRAF
"2025-ci ildə Sülh prosesində mühüm irəliləyişlər əldə olunub".
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2025-ci ildə yeni geosiyasi reallıqlara uyğun olaraq, suverenlik və ərazi bürövlüyü prinsipləri əsasında Azərbaycan və Ermənistan sülh prosesində mühüm irəliləyişlər əldə olunub:
"Dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atılıb. Daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan tərəfindən sülh və sabitliyin təşviqi, qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq, yeni istiqamət olan vasitəçilik səyləri, Azərbaycanın təşkilatçılığı və sədrliyi ilə keçirilən mötəbər beynəxalq tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edib".