BAKI, 5 dekabr. TELEQRAF
Rusiyanın Baş naziri Mixail Mişustin ilə azərbaycanlı həmkarı Əli Əsədov arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Rusiya-Azərbaycan ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, eləcə də MDB çərçivəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.
Baş nazirlər sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə birgə layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.