BAKI, 1 dekabr. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb.

Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan mülki təyyarəsinin vurulmasından sonra yaranmış müəyyən anlaşılmazlıq sonradan Duşanbədə keçirilən görüşdə müzakirə olunub:

"Azərbaycan Rusiya tərəfindən 4 məsələni tələb edirdi: rəsmi üzr, tam istintaq, məsul şəxslərin cəzalandırılması və kompensasiya tələb edib. Bu məsələlər həll edildikdən sonra biz anlaşılmazlıq səhifəsini bağlayacaq və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik".