BAKI, 29 noyabr. TELEQRAF
Azərbaycanın Müqəddəs Taxtla əlaqələrinin genişlənməsi ölkəmizin mədəniyyətlərarası dialoqu təşviq etmək, mədəni irsi qorumaq və müxtəlif dinlər və icmalar arasında qarşılıqlı hörmətin gücləndirilməsinə verdiyi önəmi əks etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" hesabında paylaşım edib.
O qeyd edib ki, son görüşlər mədəniyyətin bərpası, humanitar təşəbbüslər və anlayış və inklüzivlik kimi dəyərlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini təsdiqləyib.
"Mədəniyyətlərarası dialoq dünyada hörmət, müxtəliflik və sülh içində birgə yaşayışın möhkəmlənməsinə töhfə verə bilər",- paylaşımda bildirilib.