BAKI, 12 oktyabr. TELEQRAF

Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərdəki çətinliklərə baxmayaraq, iki ölkə arasında təmaslar tamamilə dayandırılmayıb.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Pavel Zarubinin sualını cavablandırarkən deyib.

Peskov bildirib ki, Moskva və Bakı arasında münasibətlərdə müəyyən gərginliklər mövcud olsa da, dialoq davam edir və rabitə kanalları açıq qalır.