ZƏNGİLAN, 11 oktyabr. TELEQRAF

"Qarabağın inkişafını görmək çox sevindiricidir".

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Ronen Krausz bildirib.

"Bu, mənim Qarabağa ilk səfərim idi. Buna görə çox həyəcanlıydım. Şuşa haqqında çox eşitmişdim, bu dəfə isə şəhəri öz gözlərimlə görmək şansım oldu. Qarabağın inkişafını görmək çox sevindiricidir. Burada qədim tarixi abidələr və yeni tikililərlə yanaşı dayanaraq xüsusi bir harmoniya yaradır.

İnanıram ki, gələcəkdə də Qarabağa yatırılan investisiyalar bu bölgənin daha da inkişafına töhfə verəcək",- o qeyd edib.