BAKI, 10 oktyabr. TELEQRAF
AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ümumi vəziyyət artıq aydınlaşıb, yalnız bəzi detalları və incə məqamları müəyyənləşdirmək qalır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
"Biz İlham Əliyevlə razılaşmışdıq ki, bu istintaq tam obyektiv şəkildə həyata keçirilsin. Araşdırmanı həm MDB-nin Hökumətlərarası Aviasiya Komitəsi (MAK), həm də beynəlxalq təşkilatlar aparıb və onlara bütün zəruri materiallar təqdim olunub. Hazırda istintaq yekunlaşmaq üzrədir, ümumilikdə vəziyyət artıq aydındır",- o qeyd edib.