BAKI, 9 oktyabr. TELEQRAF

Bu gün Düşənbədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevlə keçirilən görüşə AZAL təyyarəsi ilə bağlı məsələni müzakirə etməklə başlamağı təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Vladimir Putin xatırladıb ki, faciənin Rusiya səmasında baş verməsi ilə bağlı artıq üzrünü bildirib və bir daha həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

"Rusiya Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaqa hərtərəfli yardım göstərir", - o qeyd edib.