BAKI, 27 sentyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Dostumuz, qardaşımız, sevimli Azərbaycanımızın anım günündə Qarabağı və işğal olunmuş Azərbaycan torpaqlarını böyük qəhrəmanlıqla azad edən şəhidlərimizi rəhmətlə yad edir, veteranlarımıza ehtiramımı bildirirəm.

Qarabağ sonsuza qədər Azərbaycandır!"