BAKI, 27 sentyabr. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) 27 Sentyabr – Anım Günü ilə bağlı sosial media hesabında paylaşım edilib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
”27 Sentyabr – Anım Günü münasibətilə Qarabağ uğrunda canını fəda edən qəhrəman Azərbaycan övladlarını rəhmət və minnətlə yad edirik. Daimi sülhün təmin olunması yolunda atılan tarixi addımların bu fədakarlıqların mirası üzərində bölgəmizdə əmin-amanlıq və rifah gətirəcəyinə inanırıq.
“Bir millət, iki dövlət” şüarı ilə şəhidlərimizin müqəddəs mirası daim qəlbimizdə yaşayacaq”.