BAKI, 10 sentyabr. TELEQRAF
Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Qusev "X" hesabında paylaşım edib.
Ukraynanın Donetsk vilayətinin Yarova kəndində raket hücumu nəticəsində həlak olanlarla bağlı elektron matəm kitabı da açılıb.
"Hücum nəticəsində 24 mülki şəxs həyatını itirib, onlarla insan yaralanıb. Azərbaycandakı Ukrayna səfirliyində bayraqlar endirilib və matəm kitabı açılıb", - paylaşımda deyilir.
Qeyd edək ki, sentyabırın 9-da səhər saatlarında Rusiyanın Ukraynanın Donetsk vilayətinin Yarova kəndində endirdiyi raket zərbəsi nəticəsində 24 nəfər həlak olub.