BAKI, 8 sentyabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı bildirib.
Kasım-Jomart Tokayev deyib ki, ilin sonuna doğru onun Rusiyaya və Özbəkistana səfərləri nəzərdə tutulub.
"Həmçinin Azərbaycan, Ermənistan və Türkmənistan liderlərinin Astanada qəbuluna hazırlıq gedir. Bununla yanaşı, bir sıra Asiya və Avropa ölkələrinin rəhbərləri ilə də görüş və danışıqlar planlaşdırılır",- o qeyd edib.