BAKI, 8 sentyabr. TELEQRAF

Əfqanıstan Xarici İşlər Nazirliyi (XİN) ölkənin şərqindəki zəlzələ zamanı dəstək və yardımına görə Azərbaycana təşəkkür edib.

Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstan XİN-nin "X" hesabında paylaşım edilib.

"Ölkənin şərqindəki zəlzələ zamanı dəstək və yardım göstərən dövlətlərə, beynəlxalq təşkilatlara təşəkkür edirik",- paylaşımda deyilir.

Xatırladaq ki, avqustun 31-i gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6,1 maqnitudalı zəlzələ baş verib.Təbii fəlakət nəticəsində ölənlərin sayı 2 205-ə, yaralıların sayı isə 3 640-a çatıb.