BAKI, 19 avqust. TELEQRAF
Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında potensial görüş Macarıstanda baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Putin və Zelenski arasında görüş Macarıstanda keçirilə bilər”, - sayt yazıb.
Bir müddət əvvəl Almaniya kansleri Fridrix Merz bildirmişdi ki, iki prezidentin görüşü yaxın iki həftə ərzində ola bilər.