BAKI, 9 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sosial media hesablarında Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra birgə fotonu "Sülh prezidenti" qeydi ilə paylaşıb.
Teleqraf hər üç liderin yer aldığı paylaşımı təqdim edir:
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.
Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.
