BAKI, 9 avqust. TELEQRAF
"Azərbaycanla Ermənistan arasındakı gərginliyə son qoyuldu".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Bu hadisə olmamalıydı. Yaxşı olardı ki, tez seçiləydik. Əvvəlki müddətdə seçilsəydim, sülh daha tez olardı. Bayden Administrasiyası sülh üçün heç nə etmədi. İki böyük liderin - İlham Əliyev və Paşinyanın addımları və qətiyyəti sülhün əldə olunmasına kömək etdi", - Tramp bildirib.