BAKI, 4 avqust. TELEQRAF

Ermənistan Baş nazirinin adminstrasiyası Nikol Paşinyanın ABŞ-yə mümkün səfəri ilə bağlı mətbuat və sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Teleqraf xəbər verir ki, administrasiya bu informasiyanı nə təsdiq, nə də təkzib edib.

Bildirilib ki, belə səfərlər yalnız rəsmi açıqlama ilə təsdiqlənə bilər.

"Hazırda bu barədə heç bir rəsmi məlumat yayılmayıb. Ona görə də səfərlə bağlı yayılan xəbərləri yalnız rəsmi təsdiqdən sonra doğru hesab etmək olar".

***

11:53

ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-də yaşayan jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında paylaşım edib.

O bildirib ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilər.

Qeyd edək ki, bu barədə hələlik heç bir rəsmi açıqlama yoxdur.