BAKI, 22 iyul. TELEQRAF
Amerikalı konqresmen Don Bekon inanır ki, Prezident Donald Tramp Rusiyanı həyat yoldaşı Melaniya Trampa görə hədələyib.
Teleqraf xəbər verir ki, respublikaçı konqresmeni Don Bekon Trampın Ukraynaya münasibətdə ritorikasını dəyişməsinə həyat yoldaşı Melaniyanın kömək etdiyi barədə iddia irəli sürüb.
"Mən prezidentin Ukrayna ilə bağlı mövqeyini dəyişdiyinə şadam. Düşünürəm ki, buna görə Melaniyaya təşəkkür etmək lazımdır", - Bekon deyib.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın “The Times” nəşri Melaniyanın ərinin Kiyevə silah tədarükünü bərpa etmək qərarına təsir etdiyini yazıb. Eyni zamanda, keçən həftə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandıran Trampın özü də bildirib ki, həyat yoldaşı Ukrayna münaqişəsində neytral mövqe tutur. Ağ Ev rəhbəri əlavə edib ki, onun mövqeyi Melaniyanın fikri ilə üst-üstə düşür.