BAKI, 19 iyul. TELEQRAF

İfrat sağçı “Konfederasiya” birliyi Polşanın 80 şəhərində Donald Tusk hökumətinin miqrasiya siyasətinə qarşı etiraz aksiyaları keçirir.

Teleqraf xəbər verir ki, Polşa polisinin məlumatına görə, ölkə boyu 100 yerdə etiraz aksiyaları qeydə alınıb və minlərlə insanın etirazlara qoşulacağı gözlənilir. Təşkilatçıların hesablamalarına görə, ən böyük tədbir Varşavada baş tutmaqla 100.000-dən çox insanın iştirak edəcəyi gözlənilir.

Etirazçılar iddia edirlər ki, hökumət qeyri-qanuni miqrasiya ilə effektiv mübarizə apara bilməyib, ona görə də sadə vətəndaşlar məsələni öz əllərinə almaq məcburiyyətində qalıblar. Onlar həmçinin Aİ-nin miqrasiya paktının qüvvəyə minməsinə və miqrant inteqrasiya mərkəzlərinin tikintisinə qarşıdırlar.