BAKI, 10 iyul. TELEQRAF

Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirləri görüləcək.

Bu barədə Teleqraf-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.

Məlumata görə, Azərbaycan və Ermənistan liderləri iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.