BAKI, 9 iyul. TELEQRAF
Azərbaycan nümayəndə heyəti sabah İtaliyada "Ukraynanın bərpası konfransı"na qatılacaq.
Teleqraf-ın xəbərinə görə, nümayəndə heyətinə Azərbaycan xarici işlər nazirinin muavini Yalçın Rəfiyev başçılıq edəcək.
"Ukraynanın bərpası konfransı"nın iki gün davam edəcəyi bildirilir.
Qeyd edək ki, mayın 21-də İtaliya səfiri Luka Di Canfrançesko və Ukrayna səfiri Yuriy Qusev konfransın rəsmi dəvət məktubunu Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim etmişdi.