BAKI, 8 iyul. TELEQRAF
Bakıda "Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” ətrafında səkkizinci panel keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" heabında paylaşım edilib.
Paneldə Azərbaycan xarici işlər nazirlərinin müavinləri Fariz Rzayev, Elnur Məmmədov, Yalçın Rəfiyev və Samir Şərifovun əsas natiqlər qismində iştirakı ilə 4 blok üzrə baş tutub.
Bildirilib ki, panel müzakirədə Azərbaycan xarici işlər nazirinin müavinləri Fariz Rzayev, Elnur Məmmədov, Yalçın Rəfiyev və Samir Şərifovun əsas natiqlər qismində iştirak ediblər.
Mövzu ətrafında ümumilikdə 4 blok üzrə müzakirə baş tutub. Panel müzakirəsi çərçivəsində ayrı-ayrı ölkələrlə mövcud ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətinin təhlili, bunun əsasında atılacaq gələcək addımlar, ikitərəfli əməkdaşlığın genişləndirilməsi mexanizmlərindən istifadə olunması kimi mövzular üzrə müzakirələr aparılıb.