BAKI, 24 iyun. TELEQRAF
Azərbaycanın İordaniya Haşimilər Krallığındaki səfiri Eldar Səlimov bu ölkənin sənaye, ticarət və təchizat naziri cənab Yarub Qudah ilə görüşüb.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Görüş zamanı Azərbaycan və İordaniya arasında mövcud münasibətlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu",- paylaşımda deyilir.