BAKI, 23 iyun. TELEQRAF
NATO-nun baş katibi Mark Rutte iyunun 24-25-də alyans liderlərinin Haaqada keçiriləcək sammitində İranda rejim dəyişikliyi məsələsinin qaldırıla biləcəyini istisna etməyib, lakin İranla bağlı müzakirənin rəsmi proqrama daxil edilmədiyini vurğulayıb.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, sammit ərəfəsində təşkil olunan mətbuat konfransında jurnalistlər Ruttedən rejim dəyişikliyini “yaxşı fikir” hesab edib-etmədiyini soruşublar. NATO baş katibi bu suala cavab verməkdən çəkinərək bildirib.
Rutte əlavə edib ki, alyans ölkələri İranla bağlı bu mövzunu rəsmi şəkildə müzakirə etməyi planlaşdırmasa da, sammit çərçivəsində keçiriləcək yeganə plenar iclasda bəzi üzv ölkələr bu məsələni gündəmə gətirə bilər.