BAKI, 22 iyun. TELEQRAF
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə atılacaq gələcək addımlar, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazirlər Azərbaycan və Somali arasında siyasi münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər. Hər iki tərəf siyasi dialoqu intensivləşdirməyin, ticarət‑iqtisadi əlaqələri genişləndirməyin, bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, yaşıl enerji, humanitar və təhsil sahələrində əməkdaşlığı dərinləşdirməyin əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın İƏT, Qoşulmama Hərəkatı və BMT çərçivəsində Somalinin fəal mövqeyini yüksək qiymətləndirib, İslam dünyasının birliyi naminə qarşılıqlı dəstəyin mühüm olduğunu qeyd edib.
Azərbaycanın humanitar və inkişaf layihələrində, o cümlədən təhsil qrantlarında Somalinin iştirakının vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanın ASAN xidmət təcrübəsindən Somalinin faydalanmaq niyyəti yüksək qiymətləndirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
12:55
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivlərini, eləcə də regional təhlükəsizlik sahəsində narahatedici vəziyyəti, xüsusilə İsrail və İran arasında artan gərginliyi müzakirə ediblər.
Tərəflər ticarət, kənd təsərrüfatı və balıqçılıq, yaşıl enerji və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.
Görüşdə, həmçinin, Azərbaycanın Afrika ölkələrində həyata keçirdiyi humanitar və inkişaf layihələri, o cümlədən təqaüd proqramları və səhiyyə təşəbbüsləri vasitəsilə qitədə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunub.