BAKI, 20 iyun. TELEQRAF

İranın raket zərbələri nəticəsində daha 19 nəfər yaralanıb, üçünün vəziyyəti ağırdır.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata əsasən, bu gün axşam saatlarında İranın İsrailə atdığı 25 ballistik raket 19 nəfərin yaralanmasına səbəb olub.

Xəstəxanaya çatdırılanlardan üç nəfərin vəziyyəti ağırdır. 14 nəfər yüngül dərəcədə xəsarətlər alıb. Dağıntılar altında qalanların axtarışları davam etdirilir.

51 yaşlı qadın isə partlayış səslərini eşidəndə ürəktutmadan keçinib.