BAKI, 17 iyun. TELEQRAF
İsrail və İran arasında qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə Azərbaycan vətəndaşlarının həlak olması və ya xəsarət alması ilə bağlı Azərbaycanın səfirlik və konsulluqlarına hər hansı məlumat daxil olmayıb.
Bunu Teleqraf-ın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub.
İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.