BAKI, 6 iyun. TELEQRAF
Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişə haqqında “iki uşağın davası” fikri ilə razılaşmır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Bu, ABŞ prezidentinin öz fikridir. Bizim üçün bu, ekzistensial sualdır, milli maraqlar, təhlükəsizliyimiz, gələcəyimiz və övladlarımızın, ölkəmizin gələcəyi məsələsidir”, - o, qeyd edib.