BAKI, 4 iyun. TELEQRAF

Ermənistanda 2025-ci ildə Qərbi Nil qızdırmasına ilk yoluxma qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ağacaqanadlar vasitəsilə yayılan xəstəliyə ilk və yeganə yoluxma ötən gün aşkarlanıb.

Qeyd edək ki, yoluxma təxminən 80 faiz hallarda simptomsuz keçir. Bəzən qripə bənzər simptomlar və dəri töküntüsü müşahidə edilir.

Qərbi Nil qızdırmasının kliniki simptomları baş ağrısı, səpki, başgicəllənmə, ağır hallarda isə meningit, ensefalit, mərkəzi və ya periferik sinir sisteminin zədələnməsidir.

Ermənistanda bu virus xəstəliyinə ilk yoluxma 2024-cü il avqustun 21-də qeydə alınmışdı.