BAKI, 28 may. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə nazir “X”də paylaşım edib.

"Can Azərbaycanı Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Bu gün cənab Prezidentimizi müşayiət edərək ziyarət etdiyimiz Laçında, Azərbaycan bayrağının Vətənin hər qarış torpağında azad şəkildə dalğalandığını görməkdən qürur duyuruq. İstiqlal mübarizəsində şəhid olan qəhrəmanlarımızı rəhmətlə, fədakar qazilərimizi minnətlə yad edirəm", - paylaşımda deyilir.